Azərbaycan klubunda baş məşqçi istefası

Azərbaycan klubunda baş məşqçi istefası
"Şəmkir" klubu baş məşqçi Qəhrəman Əliyevlə yolları ayırıb. 

Sport7.az
xəbər verir ki, bu barədə klubun rəsmi facebook səhifəsi məlumat yayıb. 

Qəhrəman Əliyev bu gün "Rəvan"a məğlubiyyətdən sonra (2-1) klub rəhbərliyi ilə görüşərək istefa vermək istədiyini açıqlayıb. Klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Komandanı müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mehman Yunusov çalışdıracaq. 

Sport7.az

Xəbər lenti