Medvedevlə Ramazanov qovuldu - Danışılmış oyunlara görə

Medvedevlə Ramazanov qovuldu - Danışılmış oyunlara görə
Ukraynada 12 futbolçu dnışılmış oyunlarda iştirak etdiyinə görə diskvalifikasiya olunub.

Sport7.az xəbər verir ki, "Metallist"in gənclərdən ibarət komandalarında çıxış edən bu futbolçuların diskvalifikasiya qərarını Ukrayna Futbol Federasiyasının (UFF) Nizam-İntizam Komitəsi verib.

Qərara əsasən, Maksim Averyanov, Nikita Bezklubyuk, Boqdan Boyçuk, Daniel Klyuçka, Ruslan Kovtok, Yevgeni Malik, Aleksandr Medvedev, Rəmzi Ramazanov, Sergey Sizı, Dmitri Skarjinski, Daniel Solomaxa və Denis Tkaçenko 6 aydan 3 ilədək müddətinə futboldan kənarlaşdırılıb. 

2016-cı ilin sentyabrında UFF-in Etika və Ədalətli Oyun Komitəsinin "Metallist"in gənclər və yeniyetmələrdən ibarət komandalarının 14 futbolçusunun oyunları bilərəkdən uduzmaqda şübhəli bildiyini də nəzərinizə çatdıraq.

Sport7.az