Arda Turan şirkət açdı - FOTOLAR

Arda Turan şirkət açdı - FOTOLAR
Pullarını əmlaka yatıran, bir müddət öncə "Arxiv" adlı restoran açan Arda Turanın keçən günlərdə otel inşaatı aldığı haqda da xəbər yayılıb. 

Sport7.az xəbər verir ki, "Barselona"nın futbolçusunun indi də idmana pul yatırdığı haqda məlumat verilir. 

O, Türkiyənin ilk idmançı karyerası idarəolunması şirkətini açıb. 

Ləvənt ərazisində ofis icarəyə götürən Türkiyə millisinin üzvü şirkətinin adını "Possible" (İmkan daxilində) qoyub. 



Şirkətin başına "GQ Türkiyə" jurnalından ayrılan Okan Can Yantır gətirilib. O, bir müddət Turanın da karyera idarəsinə danışmanlıq edib.




Şirkətdə işə başlayanlar sırasında "Darüşşafaka"da forma geyinən Ardanın basketbolçu dostu Birkan Batuk və Cedi Osman var. 




Şirkət hər idmançı üçün xüsusi loqolar hazırlayır. 

Sport7.az

Xəbər lenti