"Oyuna qədər meydança hazır olacaq" - "Qəbələ" rəsmisi - FOTO

Ölkə ərazisində yağan qar bir sıra klubların işini çətinə salıb.

Xüsusən də premyer-liqa oyunları önəsi narahatlığa səbəb olub. Bu üzdən bazar günü Qəbələdə baş tutacaq "Qəbələ" - "Qarabağ" görüşünün taleyi futbol ictimaiyyətini maraqlanırır. Hazırda digərləri kimi "Qəbələ"nin stadionunu da qar örtüb. Bəs oyuna hazırlıq necə gedir? Təmizlənmə işləri aparılırmı? 

Bu suallara cavab tapmaq üçün Sport7.az olaraq klubun marketinq meneceri Səməd Nəsibovla əlaqə saxladıq. Səməd bəy heç bir problem olmayacağın bildirdi: 

"Hazırda bununla məşğluq, üzərində işləyirik. Görülən işlərdən reportaj da hazırlayacağıq. Oyuna qədər meydança hazır olacaq. Hazırda təmizləmə işləri aparılmır, qar yağışının dayanmasını gözləyirik. Qar dayanmadan yağır".

Qeyd edək ki, klubun rəsmi "feysbuk" səhifəsində yerləşdirilən məlumata görə hazırda "Qəbələ"nin stadionunun durumu bu şəkildədi:



Sport7.az

Xəbər lenti