Bakıdan Qəbələyə böyük axın - Təyyarə, avtomobil, avtobusla...

Bakıdan Qəbələyə böyük axın - Təyyarə, avtomobil, avtobusla...
Bazar günü keçiriləcək "Qəbələ" - Qarabağ" qarşılaşmasını hər kəs böyük səbrsizliklə gözləyir.

Sport7.az xəbər verir ki, bu qarşılaşma Azərbaycan futboluna çoxdandı unudulmuş "böyük oyun"un ab-havasını qaytaracaq. Oyun günü Qəbələ şəhər stadionunun dolacağı şübhəsizdi. Klub rəsmilərinin start fitinə qədər stadionu hazır vəziyətə gətirəcəyi şübhəsizdi. Qazonun isitmə sistemi və yüksək səviyyəli drenajla təmin olunması da müsbət məqamdı.

"Qəbələ"ylə çempionluq mübarizəsi aparan "Qarabağ" bu qarşılaşmaya məsuliyyətlə yanaşır. "Köhlən atlar" bu gün axşama doğru təyyarə ilə Qəbələyə istiqamət alacaq. Otelə yerləşdikdən sonra istirahət edəcək Ağdam təmsilçisi sabah keçiriləcək bir yüngül məşqlə oyun saatını gözləyəcək.

Peşəkar Futbol Liqasının xətti ilə idman jurnalistlərinin böyük bir qrupu Qəbələyə yola düşəcək. Bazar günü səhər saatlarından 40-a yaxın jurnalist AFFA-nın binasından Qəbələyə doğru istiqamət alacaq ki, onların arasında Sport7.az-ın əməkdaşı da var. Deməli, turun mərkəzi qarşılaşmasıyla bağlı ən son xəbərləri saytımızdan oxuya biləcəksiz. Bizimlə qalın!

Sport7.az

Xəbər lenti