"Get toyuq dönəri dükanı aç" - Emenike ilə belə məzələndilər - FOTOLAR

"Fənərbaxça" tərəfdarları Emenikedən narazı qalıb.

Sport7.az xəbər verir ki, 2 aylıq fasilən sonra rəsmi oyunda forma geyən nigeriyalı futbolçu "Fənərbaxça"nın "Krasnodar"la görşündə buraxılan qol zamanı rəqibini izləməməsi və top itkiləri azarkeşləri əsəbiləşdirib. 

Bu üzdən tərəfdarlardan biri futbolçunu yol hərəkət qaydalarının tənzimlənməsi üzrə orqan olan "Beyaz Masa"ya şikayət edib. Həmin dialoq isə belə olub:










Bundan əlavə azarkeşlər narazı qaldıqları futbolçu haqda sosial şəbəkələrdə mütxəlif tənqidlər səsləndirib. Həmin tənqidlərin bəzilərini təqdim edirik:

- Emenike, get toyuq dönəri dükanı aç.

- Öldürməyən Allah Emenike ilə "sınır".

- Emenikedə dəyişən tək şey saçlarıdı. Deyəsən onları göstərmək üçün oyuna çıxıb.

- Emenikeyə topun gəlməsi = hücumun bitməsi.

- Hücumdan cərimə meydançasına qədər qaçdılar, Emenike birazdan "anam çağırdı mən topumu sizə verə bilmərəm" deyib getsə təəcüblənmərəm.

- Bəzi kabuslar var ki, oyana blməzsiz. Emenike elə bir kabusdu. Bitmir Allah, bitmir. Nədir günahımız?

- Vallah mən bu qarınla, Emenikedən daha yaxşı oynayaram. İsan düşünməlidi ki, "2 ay heyətdən kənarda qaldım, yaxşı oyayım, özümü inkişaf etdirim". İnsan səhvlərindən dərs çıxarar, yazıqlar olsun sənə.

Sport7.az

Xəbər lenti