Koselni tibbi yoxlanışdan keçəcək

Koselni tibbi yoxlanışdan keçəcək
"Arsenal"ın müdafiəçisi Loran Koselni bu gün həkim yoxlanışından keçəcək. 

Sport7.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya" (1:5) ilə oyunda zədələnib. Koselni görüşün 49-cu dəqiqəsində əvəzlənib. 

"Sky Sports"un yaydığı xəbərə görə, bu gün müayinədən keçəcək futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum olacaq. 

Sport7.az


Xəbər lenti