UEFA-nın reytinq cədvəli açıqlandı - Rusiya irəlilədi

UEFA-nın reytinq cədvəli açıqlandı - Rusiya irəlilədi
UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. 

Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra siyahıda dəyişikliklər baş verib. 

Bu dəyişiklik Rusiya və Polşanın xeyrinə olub. Son zamanlar cədvəldə ciddi eniş yaşayan Rusiya millisi bu dəfə 6 pillə irəliləyib. Polşa isə 20-ci pilləyə qalxıb.

Qeyd edək ki, aktivində 17.750 xalı olan  Azərbaycan millisi 26-cı pillədə qərarlaşıb. 

Sport7.az

Xəbər lenti