"Qarabağ"dan güclü deyillərsə, onlara qarşı oynamaq olar” - Şahin Diniyev

Sabah premyer-liqanın 19-cu turu çərçivəsində "Kəpəz" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Gəncə klubu bakılılarla görüşdə uğursuz seriyaya son qoymaq niyyətinədi. 

Sport7.az xəbər verir ki, Şahin Diniyev oyunöncəsi fikirlərini "Kəpəz TV"yə açıqlayıb.

"Desəm ki, "Neftçi"dən güclüyük və ya əksinə bu bir qədər etikadan kənar olar. Hər iki komandanın qələbə qazanmaq üçün şansı var. Tərəflərin uğuru sıfıra bərabər deyil. Çox inanıram ki, "Neftçi" ilə oyunda daha yaxşı oynayıb, uğur qazana bilərik. Baxmayaraq ki, "Neftçi" çox güclənib. Rəqib həmişə rəqib deyil. Əgər "Qarabağ"dan güclü deyillərsə, deməli onlara qarşı oynamaq olar”.

Sport7.az

Oxşar xəbərlər