Naxçıvanın futbol klubu yaradılır: I divizionda çıxış edəcək - ÖZƏL

Naxçıvanın futbol klubu yaradılır: I divizionda çıxış edəcək - ÖZƏL
Topaz Premyer Liqasının yeni mövsümü  start götürsə də, birinci diviziondan hələ ki, bir xəbər yoxdu. Təbii ki, bu da başadüşüləndi.

Belə ki, maliyyə problemlərinə görə sponsorların klublardan imtina etməsi komandaların işini çətinə salıb. Buna görə də, hansı klubun yeni mövsümdə iştirak edib-etməyəcəyi tam dəqiqləşməyib.

Ancaq belə bir durumda yeni komandaların yaranacağı da istisna deyil. Artıq bu barədə ilk xəbəri əldə etmişik. Sport7.az-a verilən özəl məlumata görə, yeni yaranacaq klublardan biri də Naxçıvanı təmsil edəcək.

Artıq bu barədə işlərə də start verilib. Klubun adının "Şərur" olacağı gözlənilir.

Komandanın sponsorunun və rəhbərlikdə kimlərin təmsil olunacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək. Məsələni diqqətdə saxlayacağıq. 

Xəbər lenti