"Bakı"ya "jımıx", fransızlara milyonlar... - KARİKATURA



Azərbaycanın tanınmış iş adamı Hafiz Məmmədovun üzləşdiyi problemlər artıq mediadan hər kəsə bəllidir.

Problemlərin kritik mərhələsini artıq geridə qoyduğu hiss ounan Hafiz bəyin hələdə həm "Bakı"ya, həm də Fransada sahibi olduğu "Lans"a ciddi məbləğdə borcu qalıb.

"Bakı" klubunda səkkiz ay boyunca verilməyən əməkhaqlarının borc qalığının 7 milyon olduğu deyilir.

"Lans" klubuna isə ilk 4 milyonun cəmi 1,5 milyonu ödənilib. Yanvar ayında isə fransız klubuna daha böyük məbləğ- 14 milyon ödənilməlidir.

Bir neçə gün əvvəl sə "Lans"ın prezidenti Jerve Martelin pul dalınca Bakıya qədər gəldiyi bəlli olub. Bu baədə fransız özü klubun saytına açıqlamasında bildirib:

"Mən Bakıya 4 milyon avro alacağımıza dair zəmanət almaq üçün getmişdim. Çünki oktyabr ayında tam məbləğ ödənilməmişdi. Bu məsələ ilə bağlı "Bank Azərbaycan"dan zəmanət aldım. Onlar tam ödənişin yaxın 15 gün ərzində həyata keçəcəyini bildirdilər. Yanvarda alacağımız 14 milyon avronu da xatırlatdım və bununla əlaqədar da zəmanət əldə etdim..."

Biz də Sport7.az olaraq, Hafiz Məmmədovun bu problemləri tezliklə geridə qoyacağına ümid edirik. Çünki doğrudan da Azərbaycan futbolununun bu cür yatırımçılara ciddi ehtiyacı var. Amma durumun ciddiliyi də faktdır və hesab edirik ki, bu durum karikatura rubrikamızın növbəti hədəfi olmağı tamamilə haqq edir.

(Karikaturanın müəllfi Elşən Babadır)

Sport7.Az

Xəbər lenti