Azad Rəhimov:

Azad Rəhimov: "Onlar gələcəkdə olimpiya çempionu ola bilərlər"

"Əlli gün sonra Azərbaycanda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq. Onların əksəriyyəti gələcəkdə olimpiya çempionu ola bilərlər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qarşımıza məqsəd qoymuşuq". 

Sport7.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə deyib. 

"Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik" - deyə nazir bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iki tədbirin birgə qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Bakıda keçiriləcək keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını söyləyib.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda keçiriləcək. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR