Azarkeş yaxalanıb məhkəmə önünə çıxarıldı

Azarkeş yaxalanıb məhkəmə önünə çıxarıldı
Fransada keçirilən Avro-2016-da Rusiya vətəndaşı ingilis azarkeşi döyməkdə ittiham olunur. 

Sport7.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb. 

Xəbərə görə, ingilis və fransız polisləri tərəfindən aparılan əməliyyatdan sonra təqsirkar 20 fevralda Kölndə həbs olunub. 12 martda isə Marsel məhkəməsi önünə çıxıb. 

Qeyd edək ki, araşdırmaya görə "Spartak" azarkeşi olan şəxs İngiltərə - Rusiya (1:1) arasında keçirilən oyundan əvvəl kütləvi davada iştirak edib. 
 
Sport7.az




Xəbər lenti