Azarkeşlər baş katibi günahlandırdı – FOTOLAR

Azarkeşlər baş katibi günahlandırdı – FOTOLAR
Sosial şəbəkədə fəallıq göstərən azarkeşlər Azərbaycan millisinin uğursuzluqlarının səbəbkarının kim olmasını müəyyənləşdiriblər.

Sport7.az xəbər verir ki, xeyli populyar olan "Ofside” səhifəsini azarkeşlər arasında sorğu keçirib. Sorğuda azarkeşlərə  "Azərbaycan millisinin UEFA Millətlər Liqasında uğursuzluğunun səbəbkarının kimdir” sualı ünvanlanıb.

Sorğuya qatılan 4500-ə yaxın "feysbuk” izləyicisi öz rəylərini bildiriblər. Onlardan 85 faizi günahkar kimi AFFA-nın baş katibi Elxan Məmmədovu göstəriblər. Qalan 15 faiz isə millinin baş məşqçisi Qurban Qurbanovun adını çəkib.
 
 

 

Xəbər lenti