Azarkeşlər fişəngləri stadiona çörək arasında keçiriblər - FOTOLAR

Azarkeşlər fişəngləri stadiona çörək arasında keçiriblər - FOTOLAR
Türkiyənin birinci liqasında "Eskişehirspor"la "Göztəpə" arasında baş tutan matçın start fitindən dərhal sonra stadion tüstüyə bürünüb. 
 
Buna səbəb azarkeşçlərin meydançaya fişəng və petard atmaları olub. Məhz bu səbəbdən matça 9 dəqiqə fasilə verilib. Ancaq bundan sonra daha iki dəfə oyun dayandırılıb. Matçın baş hakimi Ali Palabıyık köməkçilərini yanına çağırıb dəyərləndirmədən sonra oyuna yenə start verib. 
 
Azarkeşlərin fişəngləri və petardları stadiona necə keçirdikləri araşdırlandan sonra gerçək ortaya çıxıb. Belə ki, sözügedən vasitələrin çörəyin arasına qoyularaq stadiona keçirildiyi məlum olub. 
 
Bu qarşılaşmada "Eskişehirspor" azarkeşlərinə 14590, "Göztəpə" tərəfdarlarına isə 13862 yer ayrılıb. Bir-birinə əks tərəfdə yerləşən, komandalarının atribut və bayraqları ilə tribunaları dolduran azarkeşlər rəngli görüntülər yaradıb. 
 
Sport7.az həmin anlardan fotoları təqdim edir:
 










 
Sport7.az

Xəbər lenti