Azarkeşlər stadionlara buraxıla bilər

Azarkeşlər stadionlara buraxıla bilər

La Liqada yeni mövsümün 12 sentyabrda start götürəcəyi gözlənilir.

Sport7.az xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.
 
Xəbərə görə, La Liqa rəhbərliyi 2020-2021 mövsümündə azarkeşlərin stadionlara buraxılmasını istəyir. İspaniya Səhiyyə Nazirliyi icazə verəcəyi təqdirdə, arenaların əvvəlcə 30%, bir müddət sonra 50%, 2021-ci ilin yanvar ayından isə tam dolması planlaşdırılır.

Son məlumatlara görə, İspaniyada koronavirusa yoluxanların sayı 285 min 644-ə çatıb. Ölkədə 27 min 121 nəfər COVID-19-dan dünyasını dəyişib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR