Azarkeşlər üçün “yaşıl işıq”

Azarkeşlər üçün “yaşıl işıq”

Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə qadağa qoyulmayacaq.

Sport7.az xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyi tərəfdarların matçları tribunadan izləməsinə "yaşıl işıq” yandırıb. Bolqarıstanda ölkə çempionatı iyunun 5-də bərpa olunacaq.

Nazirliyin açıqlamasında bildirilib ki, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına şamil olunacaq.
Daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, Bolqarıstanda yerli liqalar martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Cari mövsüm iyulun 11-də başa çatacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR