Azarkeşlər yığmamızı dəstəksiz qoydu - FOTOLAR

Azarkeşlər yığmamızı dəstəksiz qoydu - FOTOLAR
Məlum olduğu kimi yığmamız yoldaşlıq görüşü çərçivəsində hazırda Belarusla qarşılaşır. 
 
Sport7.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə hazırda komandanı çox az sayda azarkeş izləyir. Oyundan əvvəl 6000 ədəd bilet satıldığı bildirilsə də bu stadionda öz əksini tapmayıb. 
 
Bir sözlə Qurban Qurbanovlu millimiz stadionda demək olar dəstəksiz qalıb. Halbuki yeni təyinatlardan sonra durumun fərqli olacağı gözlənilirdi. Görünür hələ də bir çox azarkeşlər hələ də küskünlüyünü saxlayır. İstənilən halda dəstək vacib idi, ancaq təəssüf ki, bunu görmürük.
 


 
Sport7.az

Xəbər lenti