Azarkeşlərdən Kamran Quliyevə: "Neftçi"mizi qaytarın, adınız qəhrəman kimi hallansın"

Azarkeşlərdən Kamran Quliyevə:
"Neftçi" azarkeşləri bu mövsüm komandadan daha gözəl oyun gözləyir.
 
Sport7.az xəbər verir ki, klubun ən fəal azarkeş qruplarından olan "Forza Neftçi"nin rəhbəri Sübahn Əliyev mövsümlə bağlı azarkeşlərin tələblərini ortaya qoyub. O açıqlamasında "Neftçi" rəhbərliyindən bunları istəyib:
  
"İllərdi hər mövsüm öncəsi azarkeş kimi soyuq, isti, şaxta, günəş demədən "Neftçi"nin yanında olmuşuq. Amma son 5 ildə hər söz, deyilən vədlərin heç biri düz çıxmayıb, yalnız fiasko görmüşük. Amma bir qram da olsun ki "Neftçi" sevgimiz tükənməyib, azalmayıb. Əksinə "Forza Neftçi" olaraq and içmişik, bu komandanın yüksəlməsində ən böyük pay sahibindən biri biz olacağıq. "Neftçi" rəhbərliyinə, futbolçusuna, məşqçisinə deməyimiz odu ki, bəylər nə az, nə çox, 3 gündən sonra yeni mövsüm başlayır. "Neftçi"mizi əvvəlki günlərə qaytarın, adınız qəhrəman kimi hallansın. Flaqmanı batırmaq yox, biz bu il çempionluq gözləyirik. Sizdən tək xahişimiz, tələbimiz Flaqman adını hər yerdə qeyrətli şəkildə təmsil edək. Komandanı layiq olduğu yerə qaytarın ki, qarşısnızda yox yanınızda olaq. İnşallah bu il "Neftçi"miz üçün yaxşısı olar. Qalan gözəllikləri sizlərə yaşatmaq bizim borcumuz olar".
 
Sport7.az

Xəbər lenti