“Azarkeşsiz futbol duzsuz salat kimidi” – “Portu”nun baş məşqçisi

“Azarkeşsiz futbol duzsuz salat kimidi” – “Portu”nun baş məşqçisi

"Portu”nun baş məşqçisi Serjio Konsesao azarkeşsiz oyunlar barədə danışıb.

Sport7.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu fanatların yoxluğu ilə barışmağın çətin olduğunu deyib.

Sitat: "Azarkeşsiz oyunla bilirsiz nəyə bənzəyir? Sanki bir yaxşı salat düzəltmisiz, amma ora yağ, duz və sirkə əlavə etməmisiz.
 
Biz dolu tribunalara öyrəşmişik. İndi hər şey başqa cür olacaq. Futbolçuları heç kim dəstəkləməyəcək, fitə basmayacaq. Bunun özü bir stimul sayılırdı.
Amma neynəmək olar, vəziyyətlə barışmalıyıq”.

Qeyd edək ki, Portuqaliya çempionatının oyunlarının da azarkeşlərsiz keçirilməsi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR