Azər Bağırov:

Azər Bağırov: "Komandada arxayınlıq hiss edilir"

Premyer Liqaya vəsiqəni təmin edən MOİK-in baş məşqçisi Azər Bağırov fikirlərini bildirib.

Mütəxəssis Sport7.az-a açıqlamasında qarşıdakı planlardan danışıb: "Komanda hələ çempion olmayıb. Sadəcə Premyer Liqaya vəsiqəni tam təmin edib. Amma yüksək dəstəyə çıxa biləcəyimizə ümidlər var. Hər şey mümkündü. Yenə də sona qədər mübarizəmizi aparıb, rəhbərliyin qərarını gözləyəcəyik. Bildiyiniz kimi, MOİK böyük qurumdu. Ümidimiz var. Rəhbərliklə hələ müzakirələr aparmamışıq. Bizə deyilib ki, işi sona çatdıraq daha sonra bu haqda danışaq. Çempionluq təmin olunmayıb, sadəcə lisenziyanı təmin etmişik. Qarşıda 4 oyun var. Onların 2-də qələbə qazanandan sonra 100 faiz çempionluğa təminat verəcəyik. Hələ gözləyirik".

Klub AFFA-ya müraciət edibmi Premyer Liqada iştirak etmək üçün?: "Bu haqda məlumatım yoxdu. Deyiblər ki, gözləyin, işi sona çatdırın daha sonra danışaq".

Maraqlıdı artıq Premyer Liqaya vəsiqəni təmin etmiş futbolçuları qarşıdakı oyunlara kökləmək nə dərəcədə asan olacaq?: "Kökləmək deyəndə, uşaqlarla fərdi söhbətlər edib danışırıq. Sona doğru yaxınlaşdıqca məşqçilər üçün çətin olur. Ola bilər futbolçular müxtəlif yerlərdən informasiyalar əldə etsinlər. Ancaq futbolçulara çempionatı maksimum nəticələrlə bitirməyi tapşırırq, başa salırıq. İnanın ki, çox çətindi. Komandada arxayınlıq yüngülvari də olsa, hiss edilir. Ancaq bu o demək deyil ki, biz də işimizi bitirməliyik. Davam edirik, virusa qarşı, həmişə antivirus var. Bütün xəstəliklərin dərmanı var. Yəqin ki, biz də bunun yolunu tapacağıq".

Bağırov qarşıdakı planlar haqda bunları dedi: "Bu suallar yəqin ki, gələcəklə bağlı olacaq. Bugünün reallıqları var. Onlara cavab vermək üçün bir addım atmalısan. Daha sonra o biri addım olmalıdı. Hələ yüksək liqa yoxdusa hər hansı addımdan danışmaq tezdi. Hətta komanda birinci dəstədə olarsa belə qarşıdakı planlarla bağlı nəsə demək çətindi. "Başına gələn başmaqçı olar" deyiblər. Keçən il başımıza gələnləri gördük. Daha təcrübəli futbolçular götürmüşdük, ancaq reqlament dəyişdi. Reqlament müəyyənləşmədən hər hansı qərarı vermək məncə tezdi. Mənə elə gəlir qərarlarda tələsmək olmaz".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR