Azər Bağırov: “Komandamızdan daha yaxşı oyun gözləyirdim”

Azər Bağırov: “Komandamızdan daha yaxşı oyun gözləyirdim”
Gənc mütəxəssis Azər Bağırov yığmamızla bağlı fikirlərini bildirib.

Azər bəy Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Fikrimcə Qırğızıstan dişimizə uyğun komanda idi. Amm qazaxlar daha təcrübəli idi. Həm Avropada, həm də dünyada sözünü demiş komandadı. Qurban müəllim də öz rotasiyalarını aparırdı. Yeni futbolçular var idi. Daha yaxşı oyun sərgiləmək olardı. Əsas heyətin futbolçularından buraxsaydı, fərqli nəticə ola bilərdi. Rəşad Sadıqovun olmaması da müdafiə xəttində özünü göstərirdi. Yoxlama matçıdı, böyük nəsə gözləmək absurddu. Yəqin ki, çatışmazlıqların üzərində işləyəcəklər. Gənc və güclü komanda qurmaq istəyirlərsə, məğlubiyyətlər də olacaq, qələbələr də. Qazaxları izləmişəm. Onların aşağı yaş qrupları üzrə komandalarının necə oyun sərgilədikləri göz qabağında idi. Məğlubiyyət, amma buna baxmayaraq komandamızdan daha yaxşı oyun gözləyirdim. Həm səfər, həm də rotasiyalar buna imkan vermədi. Bəlkə də ilk hissədə qol vura bilsəydik, oyun tam başqa məcrada gedərdi. Hər şey səhvlər üzərində qurulur. 

Latviya ilə oyun... Bilirsiz bütün dünyada inkişaf gedir. Latviya ilə Qazaxıstanı müqayisə etmək deyəndə, məncə qazaxlar daha üstündü.

Qurban müəllim nə etmək lazım olduğunu daha yaxşı bilir. Həvəskarlara deyə bilərik ki, "bəsdi”, "komanda formalaşsın”. Amma bu yığmadı, eksperimentlər edilməlidi. Komanda düzəltmək lazımdı. Bunun üçün də məncə 3-4 oyun azdı, demək olar heç nədi. Ən azı 8 ay, 1 il vaxt verilməlidi. Nə problemdi ki? Bu müddətdən sonra məşqçin in də hər hansı bəhanəsi olmayacaq. Yerdəyişmələri etməlidi ki, gələcəkdə nəticəsin görsün. Necə ki, Qurban müəllim "Qarabağ”da 1 il yoxlanış xarakterli iş gördü, daha sonra nə etmək lazım olduğunu anladı. İndi də "Qarabağ”ın durumunu görürsüz. Avropada sözünü dedi. Öz mətbəxinə uyğun futbolçuları tapmalıdı. Onları "bişirməlidi”, intellektual səviyyələri yoxlanılmalıdı. Cavid Hüseynov tam başqa futbol oynayırdı. İndi fərqli oyun göstərməlidi. Baş məşqçi rotasiyalar edirsə deməli məqsədi var. Futbolçuların da buna uyğunlaşması üçün vaxt lazımdı. Futbolçular başqa komandalarda, fərqli sistemdə oynayırlar. Nəzərə alsaq ki, müdafiə xəttimiz də tam yenidi, hələ nəticə tələb etmək tezdi”.

Sport7.az

Xəbər lenti