“Azərbaycan ağıllı futbol oynayan etibarlı komandadı” - Stanimir Stoilov

“Azərbaycan ağıllı futbol oynayan etibarlı komandadı” - Stanimir Stoilov
"Futbolçuların əhval-ruhiyyəsi normaldı. Stanislav Luninlə bağlı problem var. Digər futbolçuların hamısı qaydasındadı. Uşaqlar ən yaxşı keyfiyyətlərini göstərməyə çalışdılar. Bərpa işlərinə böyük diqqət göstərdik. Sabah yaxşı oyuna ümid edirəm”.
 
Sport7.az xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

Qazaxıstan Stoilovun rəhbərliyi altında ilk oyununu sabah Azərbaycan millisinə qarşı keçirəcək. Yeni çalışdırıcı yerli mətbuata müsahibəsində qarşılaşmaya hazırlıqdan danışıb.

- Qazaxıstanla Azərbaycanın gənclər yığması arasında keçirilən yoldaşlıq görüşü sizdə necə təəssürat yaratdı?

- Yaxşı oyun keçdi. Futbolçuların çıxışına qiymət verəcək məşqçilər var. Gənclər arasında özünü yaxşı tərəfdən göstərənlər oldu. Lakin üzərlərində hələ çox çalışmalıdılar.

- Azərbaycanla oyunda sizin üçün açar rolunu nə oynayacaq?

- Meydanın hər iki yerində kollektiv oyun göstərmək lazımdı. Hər məşqçi hücum futbolu istəyər. Ancaq mənim üçün balansı qorumaq daha vacibdi. Bununla bərabər kombinasiyalı futbol göstərmək lazımdı. Azərbaycan ağıllı futbol oynayan etibarlı komandadı. Ötən dəfə də demişdim ki, bu ölkələrdə futbolun inkişafı davam edir.

- Qazaxıstan yığmasının ən böyük problemi yaradılan qol imkanlarından lazımınca yararlana bilməməkdi...

- Bunun həlli üçün üzərimizdə işləməli, futbolçulara güvənməliyik. Yaxşı potensialımız var və bunu Avropada sübut etmişik. Düzgün futbol oynamalıyıq. Nəticə o qədər də önəmli deyil. Sabah yığmanın "sükanı arxası”nda ilk oyunuma çıxacam. Bu səbəbdən bütün futbolçular özlərini yaxşı tərəfdən göstərməlidilər. Heç kim yoldaşlıq görüşlərində risk etmək istəmir. Sərgilənən oyundan azarkeşlər məmnun qalmalıdılar. Ən önəmlisi, nəticələrimizi yaxşılaşdıra bilərik.

- Azərbaycanla görüş Millətlər Liqasına hazırlıq baxımından nə dərəcədə vacibdi?

- Millətlər Liqasına hələ 3 ay vaxt qalır. Həmin yarışa heyət seçimində avrokubok matçları açar rolunu oynayacaq. Son məşqin ardından sabahkı oyunun heyətini quracağıq. Millətlər Liqasında normal qrupa düşmüşük. Hər dəfə yalnız qələbə üçün mübarizə aparmaq lazımdı. Biz uzun müddət yerimizdə dayandıq, artıq səviyyəni artırmaq vaxtı çatıb. Futbolçularımızda bu potensial var. Fikrimcə, Millətlər Liqasında qrupdan çıxacaq gücə sahibik.


- Azarkeşlərdən istəyiniz nədi?

- Qazaxıstanda insanlar yığmanı sevirlər. Ümid edirəm ki, azarkeşlər bizə dəstək verəcəklər. Bu, çox önəmlidi. İnsanlar millini nə vaxt qəbul edəcəyimlə bağlı çox suallar verirdilər. Yeni hədəflərə doğru birlikdə hərəkət etməyə ehtiyacımız var. Ümid edirəm ki, stadionun tribunaları tam dolacaq. (Apasport.az)
 
Sport7.az

Xəbər lenti