Azərbaycan birinciliyinə yekun vuruldu

Azərbaycan birinciliyinə yekun vuruldu

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Körpücüyə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 81, 89, 96, 102 və +102 kq olan atletlər çıxıblar. 81 kq-da toplam 267 kq (115+142) nəticə ilə İsa Həsənli, 89 kq-da toplam 323 kq (146+177) nəticə ilə Tarmenxan Babayev, 96 kq-da toplam 215 kq (100+115) nəticə ilə Kənan Zamanov, 102 kq-da toplam 296 kq (131+165) nəticə ilə Əli Şükürlü, +102 kq çəki dərəcəsində isə toplam 265 kq (120+145) nəticə ilə Rəhman Kazımov qızıl medal qazanıb.
 

81 kq.  U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Həsənli İsa 2002 Lənkəran UGİM 80.6 115 142 267
2. Mustafayev Coşqun 2002 Qazax UGİM 78.6 96 114 210
3. Əsədov Canəli 2003 Qobustan UGİM 74.0 95 114 209
4. Məmmədov İlkin 2003 Bakı Təhsil 75.4 88 101 189
5. Hüseynov Əli 2002 Goranboy Zirvə 79.0 85 100 185

89 kq.  U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Babayev Tarmenxan 2002 Şərur Aviator-Təhsil 89.0 146 177 323
2. Mamayev Yaşar 2003 Neftçala Zirvə 81.6 117 131 248

96 kq. U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Zamanov Kənan 2003 Xırdalan Zirvə 90.1 100 115 215
2. Qasımzadə Soltan 2003 Bakı Təhsil 90.3 70

102 kq. U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Şükürlü Əli 2003 Sumqayıt Aviator-Zirvə 97.5 131 165 296

 +102 kq.  U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Kazımov Rəhman 2002 Xırdalan Aviator-Zirvə 111.2 120 145 265
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR