Azərbaycan millisi Braziliyaya uduzdu və Olimpiadaya vəsiqə şansını itirdi

Azərbaycan millisi Braziliyaya uduzdu və Olimpiadaya vəsiqə şansını itirdi

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində növbəti görüşünü keçirib.

Millimiz Braziliya ilə qarşılaşıb. Qalibin tay-breykdə müəyyənləşdiyi matç latın amerikalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polina Rəhimova 26 xalla oyunun ən məhsuldarı olub. Braziliyanın heyətində isə Qabi 18 xalla oynayıb.

D qrupunun digər görüşündə Dominikan Respublikası Kameruna set verməyib.

İki turdan sonra aktivində 1 xal olan voleybolçularımız Tokio-2020-yə vəsiqə şansını itiriblər. 6 xallı Dominikan Respublikası qrupda birincidi. Onlardan bir xal geri qalan Braziliya isə ikinci sırada qərarlaşıb. Olimpiadaya vəsiqənin taleyinə sonuncu turda Dominikan Respublikası və Braziliya arasındakı oyunda aydınlıq gələcək.


Olimpiadaya təsnifat turniri

D qrupu

İkinci tur

Braziliya - Azərbaycan - 3:2 (25:13, 23:25, 21:25, 25:19, 15:12)

Kamerun - Dominikan Respublikası - 0:3 (20:25, 19:25, 14:25)


Azərbaycan millisi sonuncu turda Kamerunla qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR