Azərbaycan çempionatında 400-cü qol

Azərbaycan çempionatında 400-cü qol
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının cari mövsümündə 400-cü qol vurulub.
 
Sport7.az xəbər verir ki, EKOL – Liman matçının 29-cu dəqiqəsində Faiq Əliyevin özünün 4-cü, komandasının 11-ci qolu yubiley qolu olub.

Hazırda Yüksək Liqada 409 qol vurulub.

Tur həm də "Yasamal” FK üçün əlamətdar olub. "Yasamal” İSK ilə dueldə böyükhesablı qələbə qazanan "Yasamal” FK Yüksək Liqada 50-ci oyununu keçirib.

Paytaxt təmsilçisi bu duellərdən 15-də qələbə qazanıb, 2 matçda xalları yarı bölüb. 33 görüşdə meydanı məğlub tərk edən Yasamal indiyə qədər 243 qol vurub, qapısından isə 326 top buraxıb.
 
Sport7.az

Xəbər lenti