Azərbaycan çempionatının açılışı oldu

Azərbaycan çempionatının açılışı oldu

Fevralın 4-dən 8-dək şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
 
Sport7.az xəbər verir ki, fevralın 2-də yarışın açılış mərasimi olub.

Mərasimdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Lütviyar Rüstəmov çıxış edərək yarış barədə məlumat veriblər. Onlar ölkə çempionatında güclü şahmatçıların mübarizə apardıqlarını qeyd edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, müxtəlif yaş qruplarında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin qalib və mükafatçıları mübarizə aparacaqlar.

Ölkə birinciliyinə Azərbaycan Şahmat Federasiyasının binasında fevralın 4-də start veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR