Azərbaycan çempionunun rəqibi müəyyənləşdi - Çempionlar Liqasında

Azərbaycan çempionunun rəqibi müəyyənləşdi - Çempionlar Liqasında

Futzal üzrə UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
 
Sport7.az xəbər verir ki, yeni formatda keçirilən yarışın bu mərhələsində ölkə çempionu "Araz"ın da rəqibi müəyyənləşib. Alesionun komandası Yunanıstan təmsilçisi AEK-lə qarşılaşacaq.
 
Noyabrda baş tutacaq yeganə oyun rəqib meydanında reallaşacaq. Qalib komanda mubarizəni 1/16 finalda davam etdirəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR