Azərbaycan futbolu üçün vacib qərarlar qəbul edilib - YENİLƏNİB

Azərbaycan futbolu üçün vacib qərarlar qəbul edilib - YENİLƏNİB

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. Sport7.az saytının məlumatına görə, tədbir saat 11:00-da başlayıb.
 
Təbii ki, iclasın əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsi olub. İK həm əsas, həm də U-21-in yeni baş məşqçisinin adını təsdiqləməlidir. Xatırladaq ki, əsas milliyə hazırda ölkəmizdə olan Almaniya doğumlu xorvat Robert Prosineçkinin təyinatı gözlənilirdi.
 
Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb. Bunlar aşağıdakılardır:
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi
2. Milli komandanın  baş məşqçisinin təsdiqinin müzakirəsi
3. U-21 yığmasının baş məşqçisinin təsdiqinin müzakirəsi
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi
5. Lisenziyalaşdırma qrupunun  məlumatı
6. Digər məsələlər

İclas başa çatdıqdan sonra məlum oldu ki:

1. Azərbaycan milli komandasının yeni baş məşqçisi Robert Prosineçki təyin olunub. Prosineçkiilə 3 illik müqavilə imzalanıb.

2. U17, U19, həmçinin U21 milli komandaların baş məşqçilərinin kimliyinə hələlik aydınlıq gəlməyib.

3. Məşqçilər komitəsi yaradılıb. Komitənin rəhbəri Vaqif Sadığov seçilib.

4. Klublar komitəsi yaradılıb. 

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçiriləcək. Sport7.az saytının məlumatına görə, tədbir saat 11:00-da başlayacaq.
 
Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR