Azərbaycan futbolunda Ştuxlik “zəlzələsi”

Azərbaycan futbolunda Ştuxlik “zəlzələsi”

Qəribəliklə dolu Azərbaycan futbolunda daha bir trajikomik hadisə yaşanıb.

Sport7.az xəbər verir ki, hakimlər komitəsinin rəhbəri Frits Ştuxlik birdən-birə bir qrup hakimi mövsümün sonuna qədər idarəçilikdən uzaqlaşdırılıb.
Həmin hakimlərin arasında iki FİFA referisi də var. Bunlar Rəhim Həsənovla Rauf Cabbarovdu. Onlarla yanaşı sabiq FİFA referisi Orxan Məmmədov, eləcə də perespektivli hakimlərdən sayılan Rəvan Həmzəzadə də cəza alıb.

FİFA laysmanı Namiq Hüseynov da uzun müddətdi ki, avstriyalı sədr tərəfindən sıxma-boğmaya salınıb.

Vətəni Avstriyada Hakimlər Komitəsinin rəhbəri olarkən adı yeyintidə hallanan, ortaya bircə hakim də çıxara bilməyən Ştuxlik bu dəfə azərbaycanlı referiləri, hakimlik məktəbini məhv etməklə məşğuldu.

23-cü turda oyun idarə edən hakimlərdən qəfildən fiziki test götürən Ştuxlikin bu addımına başqa izah tapmaq çətindi. Sözsüz ki, itirdiyi enejini bərpa edə bilməyən hakim ağır fiziki sınaqdan üzüağ çıxa bilməyəcəkdi. 

Azərbaycanda hakimlərin başqa qazanc yeri olmadığına görə Ştuxlikin bu addımı onları birbaşa mənən sındırmağa, özlərinə məcburiyyətdən başa sənət tapmağa yönəlib. Görünür, kimlərəsə son illərdə hakimlərin inkişafı, rüşvətxorların uzaqlaşdırılması sərf etməyib. İndi ələ düşən imkandan yararlanırlar. Frits də bu işdə əla vasitəçidi.
 
Təcrübəsiz hakimlərin ümidinə buraxılan Premyer Liqanın son 4 turunda böyük qalmaqalların yaşanması qaçılmaz olacaq.

Mövzunu davam etdirəcəyik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR