Azərbaycan - Gürcüstan matçının hakimləri açıqlandı

Azərbaycan - Gürcüstan matçının hakimləri açıqlandı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə Gürcüstan yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununa təyinatlar açıqlanıb.

Sport7.az xəbər verir ki, UEFA matçı Lüksemburqdan olan hakimlər briqadasına tapışırıb.

Görüşün baş hakim Laurent Kopriva olacaq. Ona Klod Ris və David Mateus Santos yardım edəcək. Dördüncü hakim funksiyasını isə Aleks Kryureq yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv senytabrın 6-da Slovakiyanı məğlub edib - 2:1. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR