Azərbaycan karateçilərinə ilin mükafatı təqdim edilib

Azərbaycan karateçilərinə ilin mükafatı təqdim edilib

Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) ötən mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatı ilə təltif olunublar.
 
Sport7.az xəbər verir ki, bununla da Azərbaycan karateçiləri dünyanın ən yaxşı döyüşçüləri arasında növbəti dəfə yer alıblar. 

Dünya Karate Federasiyasının (WKF) ilin yekunlarına əsasən təsis etdiyi bu nüfuzlu mükafat, hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunur. İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və Karate1 Premyer Liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa Karate Federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR