Azərbaycan klubundan SOS, məşq etmək üçün meydança vermirlər

Azərbaycan klubundan SOS, məşq etmək üçün meydança vermirlər

"Region Liqası"nda çıxış edən "Ağsu Siti" ciddi problemlə üzləşib.
 
Sport7.az xəbər verir ki, komandaya nəinki rəsmi oyunlara çıxmaq, məşq keçmək üçün belə meydança verilmir. Bu haqda klubdan məlumat verilib. Məlumata görə məşq üçün meydança tapmayan komanda ev oyunlarını necə və harda keçirəcəyini bilmir. Bunun üçün aidiyyatı orqanlara müraciət ünvanlanıb, ancaq Ağsudakı stadionun yeni rəhbərliyi komandanı meydançaya buraxmır. Hətta klubdan verilən məlumata görə komandaya gedib başqa rayonda oynamaları təklif edilib.
 
Xatırladaq ki, bir müddət öncə, daha doğrusu ötən il klub ciddi maliyyə problemləri ilə də üz-üzə qalmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR