Azərbaycan klubunun oyunçusu saxlanıldı - narkotikə görə

Azərbaycan klubunun oyunçusu saxlanıldı - narkotikə görə

Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolaye Kojuharu İrlandiyanın Offali şəhərində saxlanılıb. 

Sport7.az xəbər verir ki, bu haqda "offalyexpress" nəşri məlumat yayıb. 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur. 

Onunla birlikdə daha iki nəfər tutulub. 

Kojuharunun girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia qəbul edilməyib. Onlar məhkəmənin hökmü ilə mayın 13-də həbs olunublar. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR