Azərbaycan kubokunda daha bir qalib

Azərbaycan kubokunda daha bir qalib

9-10 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış gününə start verilib.

Sport7.az xəbər verir ki, körpücük üzərinə ilk olaraq çəkisi 81 kq-a qədər olan atletlər çıxıblar. Toplam 290 kq (130+160) nəticə ilə Kənan Əliquliyev rəqiblərini arxada qoyaraq qalib adını qazanıb. Gümüş və bürünc medal sahibləri eyni çəkinin öhdəsindən gəliblər. Ancaq Həsənağa Sahibov yekun nəticəni Nurlan Rəsulovdan daha əvvəl yerinə yetirdiyinə görə ikinci pillə ona qismət olub.
 

81 kq

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əliquliyev Kənan 1998 Lənkəran Zirvə-Aviator 80.5 130 160 290
2. Sahibov Həsənağa 2002 Qobustan UGİM 74.8 117 150 267
3. Rəsulov Nurlan 2002 Xırdalan Zirvə 74.2 116 151 267
4. Mirzəyev Sənan 1999 Bakı Spartak 80.5 126 140 266
5. Məmmədzadə Nurlan 2004 Qazax Zirvə 74.8 110 147 257
6. Əsədov Canəli 2003 Qobustan Zirvə 74.5 95 115 210
7. Məmmədov İlkin 2003 Bakı Təhsil 74.7
8. Məmmədov Nazim 2003 Bakı Təhsil 78.5 95
Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR