Azərbaycan – Macarıstan oyunu bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan – Macarıstan oyunu bir dəqiqəlik sükutla başlayacaq

Bu həftə UEFA-nın bayrağı altında keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq.

Sport7.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Buna səbəb UEFA-nın keçmiş prezidenti Yohansson Lennartın vəfat etməsidir. 1990-2007-ci illər aralığında UEFA-nın prezidenti olan Lennart, 89 yaşında dünyasını dəyişib.

Bu həftə UEFA Millətlər Liqasının yarımfinal, 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının və AÇ-2020-nin seçmə mərhələsinin oyunları keçiriləcək.

Azərbaycan milli komandası turnir çərçivəsində iyunun 8-də Macarıstanla qarşılaşacaq. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR