Azərbaycan – Makedoniya qarşılaşması Türkiyədə tarixə düşəcək

Azərbaycan – Makedoniya qarşılaşması Türkiyədə tarixə düşəcək
Bu gün axşam keçiriləcək Azərbacan – Makedoniya yoxlama görüşü Türkiyə futbolunun tarixinə düşəcək.
 
Sport7.az xəbər verir ki, buna səbəb görüşdə VAR (video assistant referee) sisteminin tətbiq olunacağıdı. "Mardan” kompleksində keçiriləcək qarşılaşma Türkiyə ərazisində VAR-ın tətbir olunduğu ikinci oyun kimi tarixə düşəcək.
 
Qeyd edək ki, VAR sistemi Türkiyədə ilk dəfə dünən Finlandiya – Malta qarşılaşmasında sınanıb.
 
Azərbaycan – Makedoniya yoldaşlıq oyunu "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Baş hakim: Halis Özkahya
Baş hakimin köməkçiləri: Kemal Yılmaz, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık
VAR (video assistant referee): Cüneyt Çakır
AVAR (assistant video assistant referee): Hüseyin Göçek

Sport7.az
 

Xəbər lenti