Azərbaycan - Malta oyununa hakim təyinatı

Azərbaycan - Malta oyununa hakim təyinatı
UEFA Millətlər Liqasının IV turunda Azərbaycan və Malta yığmaları arasında keçiriləcək matç üçün hakim təyinatları açıqlanıb.

Sport7.az xəbər verir ki, görüşü İvan Bebekin başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası idarə edəcək.

Ona yan xətt hakimləri Tomislav Petroviç və Miro Qrqiç yardımçı olacaq. Dördüncü hakim funksiyasını Qoran Pataqi yerinə yetirəcək. Əlavə köməkçi-hakimlər Mario Zebek və Qoran Qabrilo olacaq.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-də başlayacaq. 
 
Sport7.az

Xəbər lenti