Azərbaycan Premyer Liqası nə vaxt başlayacaq?

Azərbaycan Premyer Liqası nə vaxt başlayacaq?
Premyer Liqada növbəti mövsümdə də 8 komandanın iştirak edəcəyinin dəqiqləşməsi azarkeşlərin Azərbaycan çempionatına olan marağını azaldıb.

Sport7.az xəbər verir ki, 8 komandalı çempionatın təqvimi də xeyli gülünc olacaq. Başa çatan futbol ilində IV İslam Həmrəyliyi Oyunlarına görə süni şəkildə təqvim sıxlaşdırılmış, mayın 5-də keçirilən ölkə kubokunun finalı ilə mövsüm rəsmən başa çatmışdı. 

Premyer Liqanın erkən bitməsinin zərərli tərəfləri isə yetərincədi. İyunun 10-da Şimali İrlandiya ilə vacib oyuna çıxacaq Azərbaycan millisinin üzvləri oyun təcrübəsinin yoxluğundan əziyyət çəkəcəklər. Eyni problem avrokuboklara qatılacaq klublarımız üçün də maneə yaradacaq.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası yeni mövsümə həmişəkindən bir qədər gec başlayacaq. Dəqiq tarix bəlli olmasa da, Premyer Liqanın avqusun 2-ci yarısında, hətta sonuncu 10 günlüyündə başlayacağı şübhəsizdi.

Sport7.az

Xəbər lenti