Azərbaycan Premyer Liqası təxirə salınacaq?

Azərbaycan Premyer Liqası təxirə salınacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqası təxirə salına bilər. 

Bu, ölkədə hərbi vəziyyətin elan olunması ilə əlaqədardır. Hərbi vəziyyət rejimində yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması həyata keçirilə bilər. 

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev "Report"a açıqlamasında məsələ ilə bağlı hazırda heç bir məlumatın olmadığını bildirib. 

PFL rəsmisi qərar qəbul ediləcəyi təqdirdə, rəsmi sayt vasitəsi ilə ictimaiyyətə çatıdırılacağını vurğulayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR