Hazırda bütün ölkə ərazisində, xüsusən də Bakıda
qarlı-şaxtalı hava şəraiti hökm sürür.
Sport7.az xəbər verir ki, Bakının nəqliyyat sistemi
iflic olub, bu gün səhər minlərlə vətəndaş iş yerinə, mənzilbaşına çata bilməyib.
Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması
futbolumuza da təsir göstərib. Birinci divizionda bu gün keçirilməli olan dörd qarşılaşma
təxirə salınıb. Sabah isə ölkə Premyer Liqasında 17-ci turun qarşılaşmaları
keçirilməlidi. Bəli, məhz keçirilməlidi. Sinoptiklər sabah da Bakıda qar
yağacağını, şaxt olacağını, yolların buz bağlayacağını proqnozlaşdırıb. Belə
olan halda çempionatın oyunlarını keçirmək mümkün olacaqmı? Elə bu sualla da
Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri
Aslan Şahgəldiyevə müraciət etdik.
Aslan bəy sorğumuza cavab olaraq belə dedi: "Biz də
oyunların keçiriləcəyinə ümid edirik. Buna çalışacağıq. İndiki halda konkret nəsə
demək mümkün deyil. İnşallah ki, oyunlar keçirilər. Təxirəsalma ilə bağlı
hansısa qərar sabahkı müzakirələrdən sonra verilə bilər. Nəsə dəyişiklik olsa,
ictimaiyyətə açıqlama veriləcək”.
Sport7.az