Azərbaycan prezidentindən Fransaya təbrik

Azərbaycan prezidentindən Fransaya təbrik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.

Sport7.az xəbər verir ki, məktubda deyilir:

"XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm".

Sport7.az

Xəbər lenti