Azərbaycan Qran-prisində tarixə düşəcək rəqəmlər

Azərbaycan Qran-prisində tarixə düşəcək rəqəmlər

Bakıda keçirilən "Formula-1” üzrə Azərbaycan Qran-prisi ərəfəsində yarışın maraqlı statistik göstəriciləri açıqlanıb.
 
Sport7.az xəbər verir ki, ölkəmizdəki VIII mərhələ bir sıra pilotlar, komandalar və ölkələr üçün yaddaqalan olacaq.
 
Statistik göstəriciləri təqdim edirik:
 
Pilotlar
* Sebastian Fettel Bakıda 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.
* Rikkardo Bakıda 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə sahib olacaq.
* Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.
* Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.
* Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.
* Maks Ferstappen yarışı 9-cu yerdə başa vursa, F1 yarışında 300-cü xalını qazanacaq.
* Karlos Sayns yarışı 4-cü yerdə başa vursa, F1 yarışında 100-cü xalını qazanacaq.
* Valtteri Bottas Bakıda 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.
* Azərbaycan Qran-prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran-pri yarışıdı.

Komandalar
* Williams Martini Racing 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.
* Haas 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.

Ölkələr
* Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.
* Daniel Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı qazanacaqlar.
* Fettel, Hulkenberq və ya Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.
* Saynz və ya Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.
* Qrojan və ya Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni yazacaqlar.
* Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR