Azərbaycan qrossmeysteri liderlərdən bir xal geri qalır

Azərbaycan qrossmeysteri liderlərdən bir xal geri qalır
İranın Mazandaran əyalətinin Amol şəhərində 26-cı "Fajr Sabalan Cup” beynəlxalq şahmat turniri keçirilir. Turnirin "A” qrupunda 14 ölkədən 81 şahmatçı, o cümlədən 20 qrossmeyster yarışır.

Sport7.az xəbər verir ki, 3 turdan sonra "A” qrupunda rusiyalı Pavel Ponkratov, hindistanlı Himal Qusain, iranlılar Əmirrza Purramenazali, Amin Tabatabaey və Əlirza Firuzca hərəyə 3 xalla liderdirlər. Azərbaycan qrossmeysteri Azər Mirzəyevin aktivində 2 xal var.

Dördüncü turun püşkatmasının nəticələrinə görə Azər Mirzəyev qara fiqurlarla iranlı FIDE ustası Əli Rastbod ilə qarşılaşacaq.

İsveçrə sistemi üzrə keçirilən "Fajr Sabalan Cup” 11 turdan ibarət olacaq.

Sport7.az

Xəbər lenti