Azərbaycan şahmat festivalında təmsil olunacaq

Azərbaycan şahmat festivalında təmsil olunacaq
Sabah Əbu-Dabidə 25-ci beynəlxalq şahmat festivalı start götürəcək.

Sport7.az xəbər verir ki, yarışlar çərçivəsində "Masters”, "Open”, "Juniors” turnirləri keçiriləcək.

İsveçrə sistemi üzrə 9 turda keçiriləcək "Маsters” turnirində 31 ölkədən 161 şahmatçı, o cümlədən 58 qrossmeyster qoşulacaq. Azərbaycan idmanının şərəfini beynəlxalq usta Günay Məmmədzadə və FIDE ustası Rəvan Əliyev qoruyacaqlar.

Nüfuzuna görə ikinci sayılan "Open” turnirində 36 ölkədən 150 idmançı iştirak edəcək. Turnirin reytinq-favoriti Çexiyadan olan ustalığa namizəd Pavel Haasedir (2177). Azərbaycan şahmatçısı Fərid Mustafayev reytinqdə ikinci yerdədir.

"Juniors” turniri isə 19 ölkədən 150 şahmatçının iştirakı ilə keçiriləcək. Bu mərhələdə yarışlarda Rəvan Əliyev və Fərid Mustafayev mübarizə aparacaqlar. Onların əsas rəqibləri Hindistan, Çexiya, Qazaxıstan, Özbəkistan, Çin və digər ölkələrin nümayəndələri olacaq.
 
Sport7.az 

Xəbər lenti