Azərbaycan və İngiltərə eyni qrupda

Azərbaycan və İngiltərə eyni qrupda

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/21 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. 

Sport7.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda mübarizə aparacaq. 

Yığmamızın rəqibləri İngiltərə, Yunanıstan və San-Marino komandaları olacaq. Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR