Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışını başa vurub

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışını başa vurub

Azərbaycan millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) çıxışını başa vurub.

Sport7.az xəbər verir ki, son olaraq oğlanlardan ibarət voleybol yığması 7-ci yer uğrunda görüşdə Almaniya kollektivinə uduzub - 1:3.

Qeyd edək ki, hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi medal sıralamasında 2-ci pillədə qərarlaşıb. Hazırda Rusiya komandası 27 qızıl, 16 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Aktivində 10 qızıl, 5 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 3-cü yerdədir. Yarış davam etdiyi üçün mövqe dəyişikliyi ola bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR