Azərbaycan yerində sayır - UEFA reytinqi

Azərbaycan yerində sayır - UEFA reytinqi
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sport7.az xəbər verir ki, bu dəfə də Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. Ölkəmiz 18,125 xalla 24-cü sırada qərarlaşıb.
 
AEK-lə heç-heçə edən "Seltik" Şotlandiyanın reytinq xalını artırıb. 18,125 xalı olan britaniyalılar əlavə göstəricilərə görə 23-cü pilləyə yüksəlib və Azərbaycanı geridə qoyub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə geridə olan İsrailin isə 18,000 xalı var.
 
Sport7.az

Xəbər lenti