Azərbaycanda 3 oyun təxirə salındı - Qara görə

Azərbaycanda 3 oyun təxirə salındı - Qara görə

Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq Peşəkar Futbol Liqası yeni qərar qəbul edib.
 
Sport7.az xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun bu gün keçirilməli olan "Sabah -2” – "Keşlə-2”, "Neftçi-2” – "Sumqayıt-2” və MOİK – "Kəpəz” oyunları təxirə salınıb.
 
Görüşlərin vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.

Turun "Turan Tovuz” – "Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR