Azərbaycanda bu da oldu – Həvəskar komandaya fantastik mükafat!

Azərbaycanda bu da oldu – Həvəskar komandaya fantastik mükafat!
Azərbaycan futbolunda daha bir maraqlı olay yaşanıb.

Sport7.az xəbər verir ki, həvəskarlardan ibarət komandaya yoxlama görüşündə qələbəyə görə mükafat paylanıb.

Bu hadisə Regional Liqada iştirak etmək üçün hazırlaşan "Şahdağ” (Qusar) və "Tufan” (Bakı) komandalarının görüşündə yaşanıb. Paytaxt təmsilçisinin sponsorları komandaya qələbəyə görə mükafat vəd ediblər.

Məbləği dəqiqləşdirə bilməsək də, bu mükafat oyundan sonra "Tufan”ın futbolçularına paylanılıb. Belə ki, "Tufan” "Şahdağ”ı yoxlama oyununda 1:0 hesabıyla məğlub edib.

Sport7.az


Xəbər lenti